Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 1 080 ton dondurulmuş mal əti idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Azərbaycanın qonşu ölkədən aldığı bu məhsulun ümumi dəyəri 4 418,2 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstanın Azərbaycana ixrac etdiyi dondurulmuş mal ətinin həcmi 1 076,2 ton artıb.