Ana Sayfa > Ölkə > Azərbaycan Gürcüstandan min tondan çox dondurulmuş mal əti alıb
Azərbaycan Gürcüstandan min tondan çox dondurulmuş mal əti alıb19-05-2020, 11:55. Yazar: admin |
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 1 080 ton dondurulmuş mal əti idxal edib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. Azərbaycanın qonşu ölkədən aldığı bu məhsulun ümumi dəyəri 4 418,2 min ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstanın Azərbaycana ixrac etdiyi dondurulmuş mal ətinin həcmi 1 076,2 ton artıb. Geri dön |