Araz Əlizadə: “Siyasətdən niyə getməliyəm ki?!” – MÜSAHİBƏ
Tarix: 7-04-2021, 09:37 | Çap et
Araz Əlizadə: “Siyasətdən niyə getməliyəm ki?!” – MÜSAHİBƏ
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş deputat Araz Əlizadə Oxu.Az-ın suallarını cavablandırıb.

- Araz müəllim, son zamanlar mətbuatda demək olar ki, sizin simanızı görmürük, fikirlərinizə rast gəlmirik. Özünüzmü kənara çəkilmisiniz və ya yorulmusunuz? Bəlkə jurnalistlər sizə müraciət etmir?

- Özüm jurnalistlərə zəng edəsi deyiləm ki!

- Partiyanızın durumu necədir?

- Partiyamızın qərargahından yuxarı mərtəbədə qadın məsləhətxanası var. Oradan qərargahımıza su axıtmışdılar. Hazırda partiyanın iqamətgahını təmir edirik. Digər işlər isə adi qaydada gedir.

- Öz hesabınıza təmir etdirirsiniz?

- Xeyr. Təmiri suyu axıdan edir.

- Gündəmi izləyirsiniz?

- Məni müxtəlif media orqanları efirə dəvət edir. Kimsə zəng edəndə müsahibə verirəm.

- Artıq sizin partiya parlament partiyası deyil və dövlət büdcəsindən vəsait almırsınız. Bəs partiyanın xərclərini necə qarşılayırsınız?

- Bizim partiya cəmi 5 il – mən deputat olduğum müddətdə dövlətdən maliyyə alıb. Deputat olmamışdan qabaq, partiyamız necə dolanıbsa, indi də elə dolanır.

- Heç siyasətdən getməyi düşünürsünüz?

- Xeyr, mən siyasətdən niyə getməliyəm ki?!

- Elə hesab edirsinizmi ki, siz və partiyanız Azərbaycan siyasətində aparıcı qüvvədir?

- Azərbaycanda yeganə aparıcı qüvvə cənab Prezident İlham Əliyevdir. Qalanları hamısı öz imkanları çərçivəsində fəaliyyət göstərirlər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net