Ana Sayfa > Müsahibə > Araz Əlizadə: “Siyasətdən niyə getməliyəm ki?!” – MÜSAHİBƏ
Araz Əlizadə: “Siyasətdən niyə getməliyəm ki?!” – MÜSAHİBƏ7-04-2021, 09:37. Yazar: admin |
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş deputat Araz Əlizadə Oxu.Az-ın suallarını cavablandırıb. - Araz müəllim, son zamanlar mətbuatda demək olar ki, sizin simanızı görmürük, fikirlərinizə rast gəlmirik. Özünüzmü kənara çəkilmisiniz və ya yorulmusunuz? Bəlkə jurnalistlər sizə müraciət etmir? - Özüm jurnalistlərə zəng edəsi deyiləm ki! - Partiyanızın durumu necədir? - Partiyamızın qərargahından yuxarı mərtəbədə qadın məsləhətxanası var. Oradan qərargahımıza su axıtmışdılar. Hazırda partiyanın iqamətgahını təmir edirik. Digər işlər isə adi qaydada gedir. - Öz hesabınıza təmir etdirirsiniz? - Xeyr. Təmiri suyu axıdan edir. - Gündəmi izləyirsiniz? - Məni müxtəlif media orqanları efirə dəvət edir. Kimsə zəng edəndə müsahibə verirəm. - Artıq sizin partiya parlament partiyası deyil və dövlət büdcəsindən vəsait almırsınız. Bəs partiyanın xərclərini necə qarşılayırsınız? - Bizim partiya cəmi 5 il – mən deputat olduğum müddətdə dövlətdən maliyyə alıb. Deputat olmamışdan qabaq, partiyamız necə dolanıbsa, indi də elə dolanır. - Heç siyasətdən getməyi düşünürsünüz? - Xeyr, mən siyasətdən niyə getməliyəm ki?! - Elə hesab edirsinizmi ki, siz və partiyanız Azərbaycan siyasətində aparıcı qüvvədir? - Azərbaycanda yeganə aparıcı qüvvə cənab Prezident İlham Əliyevdir. Qalanları hamısı öz imkanları çərçivəsində fəaliyyət göstərirlər. Geri dön |