!["Şou-biznesdə heç kimlə dostluq etmirəm" "Şou-biznesdə heç kimlə dostluq etmirəm"](/uploads/posts/2015-06/thumbs/1435211696_v.jpg)
“Şoubiz” verilişi müğənnilər arasında sorğu apararaq, onların sənətdə kiminlə dostluq etdiklərini soruşub.
Axşam.az həmin sorğunu təqdim edir:
Xalq artisti Gülyanaq Məmmədova:
“Şou-biznesdə hamıyla münasibətim yaxşıdır. Bütün ifaçılarımızı çox istəyirəm. Amma yaxın rəfiqəm ancaq Gülyazdır (bacısı, xalq artisti Gülyaz Məmmədova - red.). Sirrimi onunla bölüşürəm”.
Əməkdar artist Nüşabə Ələsgərli:
“Mənim dostlarım çoxdur. Hamının xətrini çox istəyirəm və mehribanam. Hətta müğənnilərin 99 faizi ilə rəfiqəyəm”.
Əməkdar artist Ədalət Şükürov:
“Dost başqadır, tanış başqa. Tanışlarım çoxdur. Amma təəssüflər olsun ki, şou-biznesdə dostum yoxdur”.