Ana Sayfa > Mədəniyyət > "Şou-biznesdə heç kimlə dostluq etmirəm"

"Şou-biznesdə heç kimlə dostluq etmirəm"


25-06-2015, 10:53. Yazar: admin
"Şou-biznesdə heç kimlə dostluq etmirəm"
“Şoubiz” verilişi müğənnilər arasında sorğu apararaq, onların sənətdə kiminlə dostluq etdiklərini soruşub.

Axşam.az həmin sorğunu təqdim edir:

Xalq artisti Gülyanaq Məmmədova:

“Şou-biznesdə hamıyla münasibətim yaxşıdır. Bütün ifaçılarımızı çox istəyirəm. Amma yaxın rəfiqəm ancaq Gülyazdır (bacısı, xalq artisti Gülyaz Məmmədova - red.). Sirrimi onunla bölüşürəm”.

Əməkdar artist Nüşabə Ələsgərli:

“Mənim dostlarım çoxdur. Hamının xətrini çox istəyirəm və mehribanam. Hətta müğənnilərin 99 faizi ilə rəfiqəyəm”.

Əməkdar artist Ədalət Şükürov:

“Dost başqadır, tanış başqa. Tanışlarım çoxdur. Amma təəssüflər olsun ki, şou-biznesdə dostum yoxdur”.

Geri dön