Tacir Şahmalıoğlu: “Fədayə Laçınla duet oxuduğum üçün həyat yoldaşım intihara cəhd etdi”​​ – VİDEO
Tarix: 23-01-2022, 11:56 | Çap et
Tacir Şahmalıoğlu: “Fədayə Laçınla duet oxuduğum üçün həyat yoldaşım intihara cəhd etdi”​​ – VİDEO

ARB TV-nin​ “Onun Sirri”​ verilişinin növbəti qonağı müğənni​ Tacir Şahmalıoğlu​ olub.

Sənətçi həyat yoldaşının onu qısqandığı üçün canına qəsd etmək istədiyini etiraf edib:

“Fədayə Laçınla duet ortaqlığımız yaranmışdı. İlk konsertimiz oldu. Dövlət televiziyasından gəlib duetlərimizi çəkdilər. Mən də efir vaxtını öyrəndim. Qardaşıma zəng edib dedim ki, ayın 10-nu bizim evdə yığışaq, çəkilişə baxaq. Heç ağlıma da gəlməzdi ki, yoldaşım Fədayə ilə duet oxuduğum üçün qısqanar.

Oturmuşduq, çəkilişə baxırdıq. Bir də gördük yoldaşım yoxdur. Qardaşımın yoldaşı dedi ki, mətbəxdən qaz iyi gəlir. Yoldaşım mətbəxin qapısını içəridən bağlayıb qazı açmışdı, qapını qırdıq. Dəm qazından artıq zəhərlənirdi. Yoldaşımı oradan çıxardıq, tez müdaxilə etdik”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
23-11-2022 22:14
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net