Ana Sayfa > Mədəniyyət > Tacir Şahmalıoğlu: “Fədayə Laçınla duet oxuduğum üçün həyat yoldaşım intihara cəhd etdi” – VİDEO
Tacir Şahmalıoğlu: “Fədayə Laçınla duet oxuduğum üçün həyat yoldaşım intihara cəhd etdi” – VİDEO23-01-2022, 11:56. Yazar: admin |
ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı müğənni Tacir Şahmalıoğlu olub. Sənətçi həyat yoldaşının onu qısqandığı üçün canına qəsd etmək istədiyini etiraf edib: “Fədayə Laçınla duet ortaqlığımız yaranmışdı. İlk konsertimiz oldu. Dövlət televiziyasından gəlib duetlərimizi çəkdilər. Mən də efir vaxtını öyrəndim. Qardaşıma zəng edib dedim ki, ayın 10-nu bizim evdə yığışaq, çəkilişə baxaq. Heç ağlıma da gəlməzdi ki, yoldaşım Fədayə ilə duet oxuduğum üçün qısqanar. Oturmuşduq, çəkilişə baxırdıq. Bir də gördük yoldaşım yoxdur. Qardaşımın yoldaşı dedi ki, mətbəxdən qaz iyi gəlir. Yoldaşım mətbəxin qapısını içəridən bağlayıb qazı açmışdı, qapını qırdıq. Dəm qazından artıq zəhərlənirdi. Yoldaşımı oradan çıxardıq, tez müdaxilə etdik”. Geri dön |