Müğənni Günay İbrahimli “ulduzluq xəstəliyinə” tutulduğunu deyib.
Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin onlarla” verilişində öz ünvanına təriflər yağdırıb:
“Ulduzluq edirəm, belə lazımdır. Elə insanlar var ki, onların qarşısında ulduz kimi davranmalısan. Adi həyatda necəyəmsə, efirdə o cür oluram. Amma kənarda elə adamlarla oturub-dururam ki, göylə getməyə vadar edirlər. Sözümü deməyəndə tapdalayıb keçirlər. Adımı təsdiqləməzdən əvvəl mən heç kimə maraqlı deyildim. İndi amma hər şey başqa cürdür”.
G.İbrahimli hər kəsi təəccübləndirəcəyini iddia edib:
“Yenilik axtarışındayam. Etmədiyim bir şeyi etmək istəyirəm. İstəyir məni özündənrazı, yekəxana kimi qəbul etsinlər. Üstümə böyük məsuliyyət düşüb: adımı qoruyub saxlamaq. Bundan sonra bunun üçün çalışacam”.