Ana Sayfa > Mədəniyyət > "Ulduzluq edirəm, belə lazımdır" - Günay
"Ulduzluq edirəm, belə lazımdır" - Günay18-01-2016, 10:43. Yazar: admin |
Müğənni Günay İbrahimli “ulduzluq xəstəliyinə” tutulduğunu deyib. Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin onlarla” verilişində öz ünvanına təriflər yağdırıb: “Ulduzluq edirəm, belə lazımdır. Elə insanlar var ki, onların qarşısında ulduz kimi davranmalısan. Adi həyatda necəyəmsə, efirdə o cür oluram. Amma kənarda elə adamlarla oturub-dururam ki, göylə getməyə vadar edirlər. Sözümü deməyəndə tapdalayıb keçirlər. Adımı təsdiqləməzdən əvvəl mən heç kimə maraqlı deyildim. İndi amma hər şey başqa cürdür”. G.İbrahimli hər kəsi təəccübləndirəcəyini iddia edib: “Yenilik axtarışındayam. Etmədiyim bir şeyi etmək istəyirəm. İstəyir məni özündənrazı, yekəxana kimi qəbul etsinlər. Üstümə böyük məsuliyyət düşüb: adımı qoruyub saxlamaq. Bundan sonra bunun üçün çalışacam”. Geri dön |