Qazaxda xəsarətlə nəticələnən yol qəzası olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Yuxarı Salahlı kəndindən keçən hissəsində qeydə alınıb.
"Opel" markalı avtomobilin "TIR" yük maşınına çırpılması nəticəsində, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Anar Məmmədov və daha bir nəfər xəsarət alıb. Hər iki yaralı Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. Onlardan A.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.