Seçkilərə müdaxilə edən icra başçılarının SİYAHISI
Tarix: 3-11-2015, 09:08 |
Çap et
Parlament seçkiləri artıq arxada qaldı. Hələ seçkilərdən əvvəl bir sıra namizədlər rayon icra başçılarının konkret namizədin xeyrinə təbliğat apardılqarını bəyan edirdilər. Onlar aşkar şəkildə bildirirdilər ki, icra başçıları müstəqil nazmizədlərə müxtəlif problemlər yaradır, insanları və sahibkarları, məktəb direktorlarını, idarə müdirlərini müxtəlif yollarla qorxudub konkret namizədə səs vermələrini, yaxın ətraflarının da bu namizədə səs verməsini təşkil etməyi tələb ediblər. Bu barədə konkret faktlar ortaya qoyulsa da heç bir araşdırma aparılmırdı.
Bu vəziyyət isə seçki günü daha qabarıq şəkil aldı.
Bizimxeber.az-a daxil olan məlumatda bildirilir ki, məntəqələrə öz adamlarını yerləşdirib konkret təqzyiq vasitələrindən istifadə icra başçılarının əksəriyyəti saatlarla məntəqələri gəzib, konkret namizədin seçilməsini tapşırıq verib.
Bu isə seçki prosessinə konkret müdaxilə hesab olunur …
Məlumatda qeyd olunur ki, yuxarı instansiyalara göndərilən şikayətlərdə bu faktlar aşkar formada qeyd olunub. Bir sözlə seçkiyə müdaxilə edən icra başçılarının siyahısı hazırdır. Onsuz da vurulma ərəfəsində olan icra başçılarının bu hərəkəti onların vəzifədən uzaqlaşdırlmasının sürətləndirən daha bir amil hesab olunur.
Seçkiyə müdaxilə edən icra başçıları bunlardır…
Laçın rayon – Akif Səlimov
Lerik rayon – Rövşən Bağırov
Salyan şəhəri – Tahir Kərimov (Tahir Kərimovun planı baş tutmayıb)
Sabirabad rayon – Nazim İsmayılov
Şirvan şəhəri – Mərdan Camalov
Masallı rayonu – Rafil Hüseynov
Yevlax rayonu – Qoca Səmədov
Hacıqabul rayonu – Əhməd Muxtarov
Daşkəsən rayonu – Əhəd Abiyev
Quba rayonu – Yaşar Məmmədov
Yardımlı rayonu – Sevindik Hətəmov
Həmçinin siyahıya adı düşən icra başçılarının fəaliyyəti ilə bağlı yaxın günlərdə ciddi araşdırma aparılması gözlənilir. Onların seçkiyə müdaxiləsi və daha hansı əməllər törətməsi, dövlər vəsaitinin mənimsənilməsi və digər hallar ciddi şəkildə yoxlanılacaq.