Ana Sayfa > Gündəm / Manşet > Seçkilərə müdaxilə edən icra başçılarının SİYAHISI
Seçkilərə müdaxilə edən icra başçılarının SİYAHISI3-11-2015, 09:08. Yazar: admin |
Parlament seçkiləri artıq arxada qaldı. Hələ seçkilərdən əvvəl bir sıra namizədlər rayon icra başçılarının konkret namizədin xeyrinə təbliğat apardılqarını bəyan edirdilər. Onlar aşkar şəkildə bildirirdilər ki, icra başçıları müstəqil nazmizədlərə müxtəlif problemlər yaradır, insanları və sahibkarları, məktəb direktorlarını, idarə müdirlərini müxtəlif yollarla qorxudub konkret namizədə səs vermələrini, yaxın ətraflarının da bu namizədə səs verməsini təşkil etməyi tələb ediblər. Bu barədə konkret faktlar ortaya qoyulsa da heç bir araşdırma aparılmırdı. Bu vəziyyət isə seçki günü daha qabarıq şəkil aldı. Bizimxeber.az-a daxil olan məlumatda bildirilir ki, məntəqələrə öz adamlarını yerləşdirib konkret təqzyiq vasitələrindən istifadə icra başçılarının əksəriyyəti saatlarla məntəqələri gəzib, konkret namizədin seçilməsini tapşırıq verib. Bu isə seçki prosessinə konkret müdaxilə hesab olunur … Məlumatda qeyd olunur ki, yuxarı instansiyalara göndərilən şikayətlərdə bu faktlar aşkar formada qeyd olunub. Bir sözlə seçkiyə müdaxilə edən icra başçılarının siyahısı hazırdır. Onsuz da vurulma ərəfəsində olan icra başçılarının bu hərəkəti onların vəzifədən uzaqlaşdırlmasının sürətləndirən daha bir amil hesab olunur. Seçkiyə müdaxilə edən icra başçıları bunlardır… Laçın rayon – Akif Səlimov Lerik rayon – Rövşən Bağırov Salyan şəhəri – Tahir Kərimov (Tahir Kərimovun planı baş tutmayıb) Sabirabad rayon – Nazim İsmayılov Şirvan şəhəri – Mərdan Camalov Masallı rayonu – Rafil Hüseynov Yevlax rayonu – Qoca Səmədov Hacıqabul rayonu – Əhməd Muxtarov Daşkəsən rayonu – Əhəd Abiyev Quba rayonu – Yaşar Məmmədov Yardımlı rayonu – Sevindik Hətəmov Həmçinin siyahıya adı düşən icra başçılarının fəaliyyəti ilə bağlı yaxın günlərdə ciddi araşdırma aparılması gözlənilir. Onların seçkiyə müdaxiləsi və daha hansı əməllər törətməsi, dövlər vəsaitinin mənimsənilməsi və digər hallar ciddi şəkildə yoxlanılacaq. Geri dön |