Britaniya müdafiə naziri: İndiki vəziyyətdə Ukraynanın NATO-ya qoşulması mümkün görünmür
Tarix: 12-07-2023, 13:43 | Çap et


Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynanın NATO-ya qoşulması ilə bağlı şərtlərdən danışıb.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, Ben Uolles Vilnüsdə NATO İctimai Forumunda panel müzakirələri zamanı bildirib ki, hazırkı vəziyyətdə - müharibənin davam etdiyi zamanda Ukraynanın Alyansa qoşulması mümkün görünmür.

“Biz NATO-ya münaqişə idxal edə bilmərik. Düşünürəm ki, bu anlaşılan şərtdir. Alyansda ortaq razılaşma var ki, Ukrayna NATO-ya qoşulacaq, lakin əsas məsələ bunun “nə zaman” olacağı ilə bağlıdır”, - nazir əlavə edib.

Müdafiə naziri vurğulayıb ki, NATO müttəfiqləri Ukraynanı hərbi cəhətdən dəstəkləyir.

“Ukrayna irəliləyir, torpaqlarını azad edir, Rusiyanı bədəl ödəməyə məcbur edir”, Uolles deyib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net