Ana Sayfa > Gündəm > Britaniya müdafiə naziri: İndiki vəziyyətdə Ukraynanın NATO-ya qoşulması mümkün görünmür
Britaniya müdafiə naziri: İndiki vəziyyətdə Ukraynanın NATO-ya qoşulması mümkün görünmür12-07-2023, 13:43. Yazar: admin |
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynanın NATO-ya qoşulması ilə bağlı şərtlərdən danışıb. Vertikal.az APA-ya istinadla xəbər verir ki, Ben Uolles Vilnüsdə NATO İctimai Forumunda panel müzakirələri zamanı bildirib ki, hazırkı vəziyyətdə - müharibənin davam etdiyi zamanda Ukraynanın Alyansa qoşulması mümkün görünmür. “Biz NATO-ya münaqişə idxal edə bilmərik. Düşünürəm ki, bu anlaşılan şərtdir. Alyansda ortaq razılaşma var ki, Ukrayna NATO-ya qoşulacaq, lakin əsas məsələ bunun “nə zaman” olacağı ilə bağlıdır”, - nazir əlavə edib. Müdafiə naziri vurğulayıb ki, NATO müttəfiqləri Ukraynanı hərbi cəhətdən dəstəkləyir. “Ukrayna irəliləyir, torpaqlarını azad edir, Rusiyanı bədəl ödəməyə məcbur edir”, Uolles deyib. Geri dön |