Rus komandir Putinə "diktator" dedi: - "Biz Ukraynanın tərəfinə keçdik..."
Tarix: 25-03-2022, 12:18 | Çap et
Rus komandir Putinə "diktator" dedi: - "Biz Ukraynanın tərəfinə keçdik..."

“Rusiya Azadlığı” legionunun bölmələrindən birinin komandiri rus hərbçilərinə əllərində silahla Ukrayna tərəfinə keçməyə çağırış edib.
VERTIKAL.AZ yeniavaz.com-a istinadən xəbər verir ki, videomüraciəti Ukrayna Baş Kəşfiyyat İdarəsi dərc edib.
“Fevralın 24-də mən və mənim bölməm diktator Putinin cinayət əmrinə əməl edərək müstəqil Ukrayna ərazisinə daxil olduq. Başa düşdüm ki, biz açıq-aydın bura xoş niyyətlə gəlməmişik, bizi burada gül-çiçəklə heç kim gözləmir, əksinə, bizi qovub faşist adlandırırdılar. Hərbçi yoldaşlar, Putinin cinayət əmrinə əməl edərək, ən böyük səhvi siz edirsiniz. Fevralın 27-də Ukrayna Təhlükəsizlik Xidmətinin köməyi ilə mən və mənim bölməm xalqı faşistlərdən həqiqətən qorumaq üçün Ukrayna tərəfinə keçdik. Sizin hələ də vəhşilikləri dayandırmaq imkanınız var”, - deyə, o bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net