Ana Sayfa > Gündəm > Rus komandir Putinə "diktator" dedi: - "Biz Ukraynanın tərəfinə keçdik..."
Rus komandir Putinə "diktator" dedi: - "Biz Ukraynanın tərəfinə keçdik..."25-03-2022, 12:18. Yazar: admin |
“Rusiya Azadlığı” legionunun bölmələrindən birinin komandiri rus hərbçilərinə əllərində silahla Ukrayna tərəfinə keçməyə çağırış edib. VERTIKAL.AZ yeniavaz.com-a istinadən xəbər verir ki, videomüraciəti Ukrayna Baş Kəşfiyyat İdarəsi dərc edib. “Fevralın 24-də mən və mənim bölməm diktator Putinin cinayət əmrinə əməl edərək müstəqil Ukrayna ərazisinə daxil olduq. Başa düşdüm ki, biz açıq-aydın bura xoş niyyətlə gəlməmişik, bizi burada gül-çiçəklə heç kim gözləmir, əksinə, bizi qovub faşist adlandırırdılar. Hərbçi yoldaşlar, Putinin cinayət əmrinə əməl edərək, ən böyük səhvi siz edirsiniz. Fevralın 27-də Ukrayna Təhlükəsizlik Xidmətinin köməyi ilə mən və mənim bölməm xalqı faşistlərdən həqiqətən qorumaq üçün Ukrayna tərəfinə keçdik. Sizin hələ də vəhşilikləri dayandırmaq imkanınız var”, - deyə, o bildirib. Geri dön |