Azərbaycan Ordusunda 20 jurnalist döyüşür - Mətbuat Şurası
Tarix: 24-10-2020, 12:57 | Çap et
Azərbaycan Ordusunda 20 jurnalist döyüşür - Mətbuat Şurası

Cəbhədə 20 Azərbaycan jurnalisti əsgər və zabit kimi, əlində silah vuruşur.

Bu barədə Musavat.com -a Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov məlumat verib.

O deyib ki, həmin jurnalistlərin siyahısı Mətbuat Şurası İdarə Heyətində var: "Onlar vətəndaş olaraq, çağırışçı kimi, bir qismi isə könülü Azərbaycan Ordusuna qatılıblar. İdarə Heyəti döyüşən jurnalistlərin ailələrinə maddi dəstək olmaq üçün layihə üzərində çalışır". Bu da bizim - arxa cəbhədəki jurnalistlərin öz həmkarlarına dəstəyidir.

Qeyd: "Yeni Müsavat" Media Qrupu da döyüşən jurnalistlərə dəstək fonduna öz töhfəsini verəcək.

P.S. Şəkildə sabiq əməkdaşımız Məğrur Əli Poladdır.

Musavat.com




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net