Ana Sayfa > Gündəm > Azərbaycan Ordusunda 20 jurnalist döyüşür - Mətbuat Şurası
Azərbaycan Ordusunda 20 jurnalist döyüşür - Mətbuat Şurası24-10-2020, 12:57. Yazar: admin |
Cəbhədə 20 Azərbaycan jurnalisti əsgər və zabit kimi, əlində silah vuruşur. Bu barədə Musavat.com -a Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov məlumat verib. O deyib ki, həmin jurnalistlərin siyahısı Mətbuat Şurası İdarə Heyətində var: "Onlar vətəndaş olaraq, çağırışçı kimi, bir qismi isə könülü Azərbaycan Ordusuna qatılıblar. İdarə Heyəti döyüşən jurnalistlərin ailələrinə maddi dəstək olmaq üçün layihə üzərində çalışır". Bu da bizim - arxa cəbhədəki jurnalistlərin öz həmkarlarına dəstəyidir. Qeyd: "Yeni Müsavat" Media Qrupu da döyüşən jurnalistlərə dəstək fonduna öz töhfəsini verəcək. P.S. Şəkildə sabiq əməkdaşımız Məğrur Əli Poladdır. Musavat.com Geri dön |