Ukrayna münaqişəsinə görə toplaşacaqlar
Tarix: 5-11-2015, 10:04 |
Çap et
Almaniya, Fransa, Rusiya və Ukraynanın xarici işlər nazirləri noyabrın 6-da Berlində yığışacaq, Ukrayna münaqişəsinə son qoymağın yollarını müzakirə edəcəklər. Məlumatı Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü verib.
Sawsan Chebli noyabrın 4-də deyib ki, müzakirə mövzularından biri ağır silahların geri çəkilməsi ola bilər. Artıq kiçik kalibrli artilleriya geri çəkilməkdədir.
Sentyabrdan bəri Ukraynada atəşkəsə əsasən əməl olunur. Ara-sıra pozuntular baş verir.
ATƏT-in təmsilçisi Ertugrul Apakan deyib ki, Ukraynanın şərqinin minalardan təmizlənməsi də növbəti addımlardan biri ola bilər.