Ana Sayfa > Dünya > Ukrayna münaqişəsinə görə toplaşacaqlar

Ukrayna münaqişəsinə görə toplaşacaqlar


5-11-2015, 10:04. Yazar: admin
Ukrayna münaqişəsinə görə toplaşacaqlar
Almaniya, Fransa, Rusiya və Ukraynanın xarici işlər nazirləri noyabrın 6-da Berlində yığışacaq, Ukrayna münaqişəsinə son qoymağın yollarını müzakirə edəcəklər. Məlumatı Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü verib.

Sawsan Chebli noyabrın 4-də deyib ki, müzakirə mövzularından biri ağır silahların geri çəkilməsi ola bilər. Artıq kiçik kalibrli artilleriya geri çəkilməkdədir.

Sentyabrdan bəri Ukraynada atəşkəsə əsasən əməl olunur. Ara-sıra pozuntular baş verir.

ATƏT-in təmsilçisi Ertugrul Apakan deyib ki, Ukraynanın şərqinin minalardan təmizlənməsi də növbəti addımlardan biri ola bilər.

Geri dön