Ukrayna danışıqları olacaq
Tarix: 2-10-2015, 10:21 | Çap et
Ukrayna danışıqları olacaq
Fransa, Almaniya, Rusiya və Ukrayna liderləri oktyabrın 2-də Parisdə görüşəcək və Ukraynada sülh prosesini müzakirə edəcək.

Ancaq bu görüş Suriya müharibəsinin törətdiyi qaçqın böhranı və Rusiyanın Suriyaya hərbi müdaxilə fonunda sanki kölgədə qalır.

Kvartet liderləri Ukraynada sülh prosesilə bağlı fikir ayrılıqlarını yoluna qoymağa çalışacaq.

Əsas mübahisəli məqam ölkənin şərqində yerli seçkilərin keçirilməsi, beynəlxalq müşahidəçilərin silahlıların nəzarətində olan ərazilərə buraxılması və cəbhə xəttindən ağır texnikanın çıxarılmasıdır.

Tərəflər daha kiçik silahların geri çəkilməsilə bağlı bu həftə razılığa gəliblər.

“Həll məsələsindən uzağıq, ancaq böhranın həllini tapacağına ümidimizi artıran elementlər var və ən vacib məqam hazırda atışmanın olmamasıdır,” Rusiya prezidenti Vladimir Putin oktyabrın 1-də deyib.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net