Azərbaycanda son sutkada 7 704 nəfər COVID-19-a yoluxub, 23 nəfər vəfat edib
Tarix: 5-02-2022, 20:05 | Çap et
Azərbaycanda son sutkada 7 704 nəfər COVID-19-a yoluxub, 23 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 704 yeni yoluxma faktı qeydə alınıb, 4 109 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 691 180 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 641 538 nəfər müalicə olunaraq sağalıb, 8 846 nəfər vəfat edib, aktiv xəstə sayı 40 796 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 531, ötən müddət ərzində isə ümumilikdə 6 248 414 test aparılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net