Ana Sayfa > Cəmiyyət > Azərbaycanda son sutkada 7 704 nəfər COVID-19-a yoluxub, 23 nəfər vəfat edib
Azərbaycanda son sutkada 7 704 nəfər COVID-19-a yoluxub, 23 nəfər vəfat edib5-02-2022, 20:05. Yazar: admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 704 yeni yoluxma faktı qeydə alınıb, 4 109 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 691 180 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 641 538 nəfər müalicə olunaraq sağalıb, 8 846 nəfər vəfat edib, aktiv xəstə sayı 40 796 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 531, ötən müddət ərzində isə ümumilikdə 6 248 414 test aparılıb. Geri dön |