Azərbaycanda son sutkada 2674 nəfər COVID-19-a yoluxub, 576 nəfər sağalıb, 14 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 674 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 359 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 021 nəfər müalicə olunaraq sağalıb, 5 109 nəfər vəfat edib, aktiv xəstə sayı 17602 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 575, ötən müddət ərzində isə ümumilikdə 4 164 163 test aparılıb.