Ana Sayfa > Cəmiyyət > Azərbaycanda son sutkada 2674 nəfər COVID-19-a yoluxub, 576 nəfər sağalıb, 14 nəfər vəfat edib
Azərbaycanda son sutkada 2674 nəfər COVID-19-a yoluxub, 576 nəfər sağalıb, 14 nəfər vəfat edib12-08-2021, 16:09. Yazar: admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 674 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 359 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 021 nəfər müalicə olunaraq sağalıb, 5 109 nəfər vəfat edib, aktiv xəstə sayı 17602 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 575, ötən müddət ərzində isə ümumilikdə 4 164 163 test aparılıb. Geri dön |