Azərbaycanda 4-cü dalğa daha güclü olacaq, qapanmalar mütləqdir - Ekspetdən SOS
Tarix: 24-07-2021, 13:22 | Çap et
Azərbaycanda 4-cü dalğa daha güclü olacaq, qapanmalar mütləqdir - Ekspetdən SOS

“Azərbaycanda bu vaxta qədər 3 dalğa olub. İkinci və üçüncü dalğada Azərbaycan kifayət qədər tədbir görmüşdü, 60 mindən çox yataq hazırlaşmışdı. Üçüncü dalğada dövlət yoluxma sayına baxaraq, qapanmalara getməyi uyğun görmədi. 3-cü dalğa bizdə ona görə zəif oldu ki, ikinci dalğada bizdə yoluxan insanların sayı çox idi. Onların immuniteti hələ də qorunur. İkincisi, dövlət çox kritik yerlərdəki insanları, xüsusilə həkimlərin hamısını, tibb personalını və tibb bacılarını peyvəndləmişdi. Beləliklə, virusun yayıla bilən nöqtələrini bağladılar. Lakin 4-cü dalğa zamanı ikinci dalğada xəstələnmiş insanların immuniteti bitmiş olacaq.

Bu sözləri tibbi ekspert Vasif İsmayıl ARB kanalında deyib.

O, bildirib ki, 4-cü dalğa 3-cüdən güclü olacaq:

Azərbaycanda 4-cü dalğa daha güclü olacaq, qapanmalar mütləqdir - Ekspetdən SOS

“Bu isə 100 minlərlə insan deməkdir. İkincisi, artıq peyvənd vurduranların qoruyuculuğu bitəcək və onlar 3-cü doza vaksin vurdurmalı olacaqlar. Azərbaycanda 4-cü dalğa avqustun ortasından sonra gözlənilir. Biz bunu təxmini hesablamalarımıza görə bilirik.

Qapanmalar mütləq olacaq. Azərbaycanda 4-cü dalğa 3-cüdən daha güclü olacaq. Dövlət ciddi şəkildə hazırlıq görüb. Hazırda xəstəxanalarda yerlər kifayət qədərdir. Xeyli dərmanlar alınıb. Hər şey hazırdır. Buna görə də “Evdə qal” kampaniyası və iş yerlərinin bağlanması olmaya bilər. Şəxsi fikrimə gəlincə isə, toylar və məclislər qadağan olunacaq. Bəlkə, idman salonları bağlanmadı”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net