Ana Sayfa > Cəmiyyət > Azərbaycanda 4-cü dalğa daha güclü olacaq, qapanmalar mütləqdir - Ekspetdən SOS
Azərbaycanda 4-cü dalğa daha güclü olacaq, qapanmalar mütləqdir - Ekspetdən SOS24-07-2021, 13:22. Yazar: admin |
“Azərbaycanda bu vaxta qədər 3 dalğa olub. İkinci və üçüncü dalğada Azərbaycan kifayət qədər tədbir görmüşdü, 60 mindən çox yataq hazırlaşmışdı. Üçüncü dalğada dövlət yoluxma sayına baxaraq, qapanmalara getməyi uyğun görmədi. 3-cü dalğa bizdə ona görə zəif oldu ki, ikinci dalğada bizdə yoluxan insanların sayı çox idi. Onların immuniteti hələ də qorunur. İkincisi, dövlət çox kritik yerlərdəki insanları, xüsusilə həkimlərin hamısını, tibb personalını və tibb bacılarını peyvəndləmişdi. Beləliklə, virusun yayıla bilən nöqtələrini bağladılar. Lakin 4-cü dalğa zamanı ikinci dalğada xəstələnmiş insanların immuniteti bitmiş olacaq. Bu sözləri tibbi ekspert Vasif İsmayıl ARB kanalında deyib. O, bildirib ki, 4-cü dalğa 3-cüdən güclü olacaq: “Bu isə 100 minlərlə insan deməkdir. İkincisi, artıq peyvənd vurduranların qoruyuculuğu bitəcək və onlar 3-cü doza vaksin vurdurmalı olacaqlar. Azərbaycanda 4-cü dalğa avqustun ortasından sonra gözlənilir. Biz bunu təxmini hesablamalarımıza görə bilirik. Qapanmalar mütləq olacaq. Azərbaycanda 4-cü dalğa 3-cüdən daha güclü olacaq. Dövlət ciddi şəkildə hazırlıq görüb. Hazırda xəstəxanalarda yerlər kifayət qədərdir. Xeyli dərmanlar alınıb. Hər şey hazırdır. Buna görə də “Evdə qal” kampaniyası və iş yerlərinin bağlanması olmaya bilər. Şəxsi fikrimə gəlincə isə, toylar və məclislər qadağan olunacaq. Bəlkə, idman salonları bağlanmadı”. Geri dön |