Tez yatmaq ürək və damar xəstəliklərinə səbəb ola bilər
Tarix: 2-08-2024, 14:27 | Çap et
Tez yatmaq ürək və damar xəstəliklərinə səbəb ola bilər

Gec və ya çox erkən yatmaq ürək və damar xəstəliklərinə səbəb ola bilər.

Vertikal.az BAKU.WS-ə istinadla xəbər verir ki, alimlər bununla bağlı 80 min könüllünü sınaqdan keçiriblər. Tədqiqat 6 il çəkib.

Alimlər şəxslərin həyat tərzi, eləcə də yatmaq vaxtı ilə maraqlanıblar. Avropa Kardiologiya Cəmiyyətinin (ESC) məlumatına görə, bununla xəstələrin fiziki parametrləri müqayisə edilib.

Məlum olub ki, yuxu sistemi ürək-damar sisteminin vəziyyətinə təsir göstərir.

Ancaq daha erkən yuxuya getmək insana heç bir əlavə fayda gətirmir. Əksinə, 22:00-dan əvvəl yatmağa başlamaq ürək patologiyaları riskini 12% artırır.

Ən optimal vaxt isə 22:00-dan 23:00-a qədər vaxtdır. Bu zaman orqanizmin yuxuya getməsi və keyfiyyətli istirahət etməsi daha asandır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net