Ana Sayfa > Araşdırma > Tez yatmaq ürək və damar xəstəliklərinə səbəb ola bilər
Tez yatmaq ürək və damar xəstəliklərinə səbəb ola bilər2-08-2024, 14:27. Yazar: admin |
Gec və ya çox erkən yatmaq ürək və damar xəstəliklərinə səbəb ola bilər. Vertikal.az BAKU.WS-ə istinadla xəbər verir ki, alimlər bununla bağlı 80 min könüllünü sınaqdan keçiriblər. Tədqiqat 6 il çəkib. Alimlər şəxslərin həyat tərzi, eləcə də yatmaq vaxtı ilə maraqlanıblar. Avropa Kardiologiya Cəmiyyətinin (ESC) məlumatına görə, bununla xəstələrin fiziki parametrləri müqayisə edilib. Məlum olub ki, yuxu sistemi ürək-damar sisteminin vəziyyətinə təsir göstərir. Ancaq daha erkən yuxuya getmək insana heç bir əlavə fayda gətirmir. Əksinə, 22:00-dan əvvəl yatmağa başlamaq ürək patologiyaları riskini 12% artırır. Ən optimal vaxt isə 22:00-dan 23:00-a qədər vaxtdır. Bu zaman orqanizmin yuxuya getməsi və keyfiyyətli istirahət etməsi daha asandır. Geri dön |