Yaxşı cinsi həyat üçün 9 məsləhət - 18+
Tarix: 2-10-2015, 11:21 |
Çap et
Seksoloqlara görə zövqlü bir seksin yolu bədənimizdə barışıq olmaqdan keçir.20-40 yaşlar arası seksin ən çox yaşandığı,qadın və kişilərin ən aktiv olduğu yaşlardır.Lakin digər yaş dövrlərində də arzu ,istək,orqazm təcrübəsi,seksual fantaziyaları yaxşı dəyərləndirən hər bir şəxs həyatı boyunca cinsi həyatını davam etdirə bilir.Yaş artdıqca cinsi istəkdə azalma,kişilərdə ereksiya ( sərtləşmə-impotenisya) və boşalma (erkən boşalma) keçid problemləri,qadınlarda isə cinsi orqanın quruması problemləri yarana bilir.Xatırlamanız lazım olan önəmli nöqtələr:
1.Seksin bədən quruluşu ilə heç bir əlaqsi yoxdur.Mükəmməl olmayan bədən quruluşları da seksdən zövq alır,partnyorunuza zövq verin,burada tərəflərin qarşılıqlı olaraq dürüst və sayqılı olmaları,seksi bu şəkildə yaşamaları önəmlidir.Məmnun edici seksi yaradan müsbət faktorlar seks zamanı cinsi istək,tərəflərin icazə hakları,haklarını dəyərləndirmələri,seksla bağlı düzgün məlumatlara bilgilərə sahib olmaları,lazımı həyacanı hiss etmələri və.s olaraq izah edilə bilir.
2.Əylənmək də seksin bir parçasıdır,müxtəlif fantaziyalar qurmaları,dürüstlük və sayqı çərçivəsində zövq aldığı partnyoru ilə bölüşməsi,hər kəsin zövq almağa hakkı olduğunu qəbul etməsi ilə cinsi həyatları rənga-rəng olacaqdır.
3.Seksdə say önəmli deyildir.Evli bir cütlüyün sekslə məşgul olma intervalı şəxslərə görə dəyişən bir haldır.Heç bir şəxs sekslə məşgul olma intervalı azdır deyə günahlandırılmamalıdır.Ancaq periodik cinsi həyat tövsiyə olunandır,həftədə ən az 2 dəfə olmaq şərti ilə.Periodik cinsi həyat yaşanması eyni zamanda cinsi funksiyaların davamı acısından da önəmlidir.
4.Seksdə şərtlərə ehtiyac yoxdur.Seksin qorxulu şərtlər içində deyil,səmimi və açıq olaraq danışılması xoş bir cinsi münasibətin yaşanması üçün çox önəmlidir.Cütlüklər bir-birilərinə xoşlandığı şeyləri deyə bilməli,özlərini seks zamanı yaxşı və rahat hiss etmələri, seksin bir performans göstəricisi vəya normal olması lazımlığını düşünməlidirlər.Bu da ancaq qarşılıqlı münasibət əsasında mümkün ola bilir.
5.Uşaqlı ailələrdə seks bitməz.unudulmamalıdır ki,uşaq sahibi olmaq cinsi tərəfdən öməmli bir faktor deyildir.Cütlüklər gündəlik həyat tərzlərinə görə cinsi münasibətlərə ayıracağı vaxtı seçməli və bu vaxt ərzində bir-birilərinə konsentrə olunmalıdırlar.
6.Erektil disfunksiya (impotensiya) fikrinizdə yaratdığınız bir problem deyildir.Son 25 ildə impotensiya problemi tibbi bir vəziyyətdən qaynaqlandığı bilinməkdədir.Ereksiya (kişi cinsiyyət orqanının sərtləşməsi) probleminin müəyyən bir hissəsinin psixoloji olması ilə (depresiya) yanaşı,eyni zamanda bunun bir fiziki səbəbləri də vardır.
7.Erektil disfunksiya (impotensiya) yalnız yaşlı kişilərdə görülmür,bu hal 40 yaşdan sonra kişilərdə daha çox görülməklə yanaşı istənilən bir yaşda rast gəlinməkdədir.Yenicə aparılmış bir araşdırma nəticəsinə görə 40-70 yaş arası kişilərin yarısında ereksiya(impotensiya) problemini yaşadıqları ortaya qoyulmuşdur.Erektil disfunksiya(impotensiya) problemi yaşla birlikdə artsada,tək başına yaşlanma, bu problemin tək səbəbi olaraq qiymətləndirilməməlidir,yəni yaş artdıqca oraya çıxan digər xəstəliklər də problemin irəliləməsi üçün şərait yaradır.Erektil disfunksiyanın (impotensiya) yaşlılarda daha çox görülmə səbəbləri təzyiq,şəkər və yaşla bağlı digər xəstəliklərdir.
8.Cinsi münasibətlər üçün çox yaşlı deyilsiz.Bütün yaşlardakı cütlüklər cinsi münasibətlərə maraqlıdırlar.Cinsi həyat sağlam bir münasibətin önəmli parçasıdır.Gərçəkdən də aparılmış bir çox araşdırmalarda aktiv cinsi yaşamın yaşlanmanın təbii bir parçası olduğu göstərilmişdir.
9. Cütlük qarşılıqlı cazibədarlığını itirmiş olsa belə təkrar əldə edə bilər.Önəmli olan bunu hansı nöqtədə itirdikləridir.Cütlüklər bir-birilərinə qarşı cazibədarlıqlarını bu nöqtədə itirlirlər- seks zamanı yetersiz olmaqdan çəkinirlərsə,sekslə əlaqəli nöqtələri partnyorları ilə bölüşməzlərsə,seks hakkında hiss etdiklərini xoş sözlərlə ifadə etməzlərsə və.s.Seks zamanı vəya sonrasında partnyorunu yaxın hiss etməkdə,bir-birinə toxunaraq həyacanlanmağı gözləməklə,fantaziya və arzularla əlaqəli günahkarlıq hiss etməməklə və kişi-qadın vücudunun necə çalışdığı xarakterlərini qiymətləndirməklə erotik uyğunlaşma və qarşılıqlı cazibədarlığı təkrar əldə edə bilərlər.