Bu meyvə piylənmədən xilas edir
Tarix: 9-09-2015, 17:35 |
Çap et
Türkiyəli dietoloq Pınar Kural, artıq piylərdən xilas olmağın ən asan üsulunu açıqlayıb. O, kalorisi az olan ananasın bədəndəki yağları yox etmək üçün ideal qida olduğunu deyib.
Ananasın böyük bir qismi sudur və kalorisi olduqca aşağıdır. Tərkibində dəmir, kalsium, kalium, maqnezium, A vitamini, B və C vitaminləri boldur. Ananas, dərini hamarlaşdırır, dırnaq və saçları gücləndirir, gözlərin görmə qabiliyyətini artırır.
Bu meyvə eyni zamanda xərçəng xəstəliyinin yaranmasına maneə olur. Ananas həzm prosesini qaydaya salmaqla bərabər, qəbzliyi də aradan götürür.
Bundan başqa ananas stressin aradan qaldırılması və immunitet sisteminin gücləndirilməsinə də köməkçi olur. Yüksək təzyiq və qandakı yağ nisbətini aşağı salır.