Dərmansız baş ağrıları necə keçər?
Tarix: 7-09-2015, 10:17 |
Çap et
Baş ağrılarının ən əsas səbəblərindən biri stresdir. Stres keçirən insanda bu proses boyun ağrısı ilə başlayıb sonradan baş ağrısına çevrilir.
“Qafqazinfo”nun məlumatına görə, limon təbii yolla baş ağrısına ən faydalı üsüllardan biridir. Bir parça limonu əlinizdə ovuşdurub məhlul halına gətirin. Daha sonra üzünüzə və alnınıza sürtün. Bu üsul sizi həm rahatladacaq, həm də yenilənmiş hiss etdirəcək.
Streslə bağlı baş ağrılarında yatmadan öncə yastığınıza ləvanta yağı da damcıladıb yata bilərsiniz.
Başınızın daha çox ağrıdığı hissəni barmaq ucları ilə dairəvi şəkildə yavaşca masaj edin.
Əgər migren ağrılarıdısa o zaman işıqdan qaçın, qaranlıq otaqda dincəlin. İsti su rahatlama hissi yaradır. Əgər duşa çox ağrı səbəbi ilə girə bilmirsinizsə, bir qaba isti su doldurub ayaqlarınızı suyun içərisinə salın. Başınıza buz torbası qoymaqla da ağrıların azalda bilərsiniz.