Yuxu seks həyatınıza necə təsir edir? +18
Tarix: 3-07-2015, 12:07 | Çap et
Yuxu seks həyatınıza necə təsir edir? +18
Əgər gecə nə qədər yatdığınız yalnız gündəlik qəhvə istehlakınıza və işgüzarlığınıza təsir edir düşünürsünüzsə yanılırsınız!

Gözəl bir gecə yuxusu eyni zamanda daha sağlam, daha xoşbəxt münasibət və seks həyatı mənasına da gəlir!

Gözəllik yuxusu üçün bir səbəb daha! Komputerinizin ekranına yaxın əyləşin, nizamlı yuxunun seks həyatınıza və əlaqənizə faydalarını oxuyun!

Araşdırmalara görə normadan artıq yatmaq qadınlarda seks istəyini 14% artırır.

6 saatdan çox yatmaq münasibətdəki məmnuniyyəti artırır. Gecə gözəl və rahat yuxu ertəsi gün sevgilinizlə keçirəcəyiniz enerjili və gözəl bir günün xəbərçisidir. Gündə ortalama 7-8 saat yatan insanların 78%-i münasibətlərindən məmnundurlar.

Araşdırmaların nəticəsi olaraq məlum olub ki, qadınların 33%-i yataq otağında seks üçün yorğun olduqlarını deyirlər.

Qadınların seksdən sonra tez yuxuya getməklərinin səbəbini bilirsinizmi?

Aparılan araşdırmalara görə 10 qadından 3-ü seks zamanı orgazm olmur və seksdən sonra tez yuxuya gedirlər. 12% qadın isə yuxu pozuntusunun münasibətlərinə mənfi təsir etdiyindən şikayətçidirlər.

Bunlara diqqət etməlisiniz!

Əgər bütün probləmləri həll etmək, yuxu rutininizi normaya salmaq və xoşbəxt seks həyatı istəyirsinizə bəzi nüanslara diqqət etməkdə fayda var.

İlk olaraq kafeinə yox deməlisiniz! Yatmazdan 4 saat əvvəl kafein tərkibli qidalar, içkilər qəbul etməməliniz, 2 saat əvvəl isə ümumiyyətlə qidalanmanı sonlandırmalısınız.

Telefonu mütləq kənara qoymalı, səhər iş haqqında düşünməməlisiniz yatarkən. Bu sizi stressə salar və yuxu sisteminizə zərərli olar.

Partnyorunuz xoruldayır? Bunun bir həllini tez bir zamanda tapmalısınız. Yatdığınız otaq tam qaranlıq deyilsə, göz maskasından istifadə edə bilərsiniz.

Vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net