Suriya ABŞ təyyarəsini vurdu
Tarix: 18-03-2015, 10:37 |
Çap et
Suriya ordusu ABŞ-a məxsus pilotsuz təyyarəni vurub.
ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin Hərbi Nazirliyi bildirib. Xəbər verilir ki, pilotsuz təyyarə prezident Bəşər Əsədin ölkənin qərbindəki istehkamı olan Latakiya üzərində vurulub.
Ölkənin "Sana" agentliyi yaydığı xəbərdə bunu “düşmən təyyarəsi” adlandırıb: "ABŞ-ın İŞİD-ə qarşı hava zərbələri başlanandan bu yana Pentaqona aid təyyarə Suriya tərəfindən hücuma məruz qalan ilk pilotsuz təyyarədir."
Suriya müxalifəti hökumət qüvvələrinin ölkənin şimalındakı İdlib əyalətində kimyəvi silahdan istifadə etdiyini bildirib. İki müxalifət qrupunun yaydığı məlumatda deyilir ki, təyyarədən atılmış 2 kimyəvi bomba zamanı ölən 6 nəfərdən 3-ü uşaqdır.