Leyla 20 kiloqram arıqlayıb - foto
Tarix: 3-06-2015, 12:21 | Çap et
Leyla 20 kiloqram arıqlayıb - foto
Aparıcı Leyla Quliyeva “Qazeta”ya müsahibə verib.

Axşam.az-ın məlumatına görə, o, ana olduqdan sonra kökəlməyindən və artıq çəkidən xilas olmağından danışıb:

“Ana olduqdan sonra insan asanlıqla kökəlir. Qızım doğulanda bir az, oğlum dünyaya gələndə isə lap çox çəki aldım. Yaş artdıqca artıq çəkidən xilas olmaq da çətinləşir. Etiraf edirəm ki, güclü komplekslərim var idi. Həmin ərəfədə efirdən uzaqlaşdım. Özümdən narazı idim, tədbirlərə, açılışlara qatılmaqdan imtina edirdim. Qadın sevdiyi libasına yerləşməyəndə depressiyaya düşür. Mən də depressiyada idim. Amma övladlarımın böyüdüyünü, üzlərindəki təbəssümü görəndə, başa düşdüm ki artıq çəki dərd deyil. Özümü çox tənqid edirəm. Dietoloqa müraciət etdim və arıqlamağa başladım. Nəyi yeyib-yeməyəcəyimi öyrəndim. Bu gün mən bilirəm ki, məni hansı qidalar kökəldir. Axşam saat 6-dan sonra yeməməyə çalışıram. Qida rasionumdan çörəyi tamamilə çıxarmışam, yaşıl çay içirəm. Gün ərzində ən az yarım litr su içməyə çalışıram. Sevdiyim bir çox yeməklər var ki, dadını unutmuşam. Bu yolla 80 kiloqramdan 60-a endim. İndi arıqlamağa davam edirəm. Uzun fasilədən sonra efirə qayıtmışam. Arıqlamağım bununla bağlı deyil. Mən güzgüyə baxanda gözəl, ideal bədən quruluşu görmək istəyirəm”.

L.Quliyeva idmanla da məşğul olduğunu bildirib:

“28 yaşıma qədər idman nədir bilməmişəm. Amma indi həyatımı onsuz təsəvvür etmirəm. Əvvəl çətin idi. İndi bütün idman hərəkətlərini edirəm. Qadın təkcə sevimli həyat yoldaşı, sevən ana yox, baxımlı, xoşbəxt də olmalıdır”.

Leyla 20 kiloqram arıqlayıb - foto





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net