Milli Məclisdə işğaldan azad edilmiş ərazilərdəki dini abidələr müzakirə ediləcək
Tarix: Bu gün, 14:25 | Çap et


Milli Məclisdə işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin durumu, bərpası ilə bağlı qarşıya çıxan problemlər və həqiqətlərin beynəlxalq ictimai rəyə çatdırılması imkanlarının ictimai müzakirəsi keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, bu məsələ parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsində öz əksini tapıb.

Bundan əlavə, dini abidələrin durumu və ictimai birliklərin mövcud durumu ilə bağlı ictimai müzakirələrin keçirilməsi də layihədə öz əksini tapıb.

İctimai müzakirələr payız sessiyası müddətində Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi ilə Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin cavabdehliyində baş tutacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net