UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tələbə elmi seminarı keçirilib
Tarix: 6-05-2025, 00:12 | Çap et


UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti (ÜFTTD) nəzdində fəaliyyət göstərən Tələbə Elmi Klubunun rəhbəri, baş müəllim Samirə Əhmədova və “Azərbaycan dili” kafedrasının dosentləri Mətanət Əmrahova, Günal Səfərlinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi: Uğurlu gələcəyin təməli” mövzusunda tələbə elmi seminarı keçirilib.



Seminarın əsas məqsədi tələbələr arasında elmi düşüncə tərzinin inkişaf etdirilməsi və Ümummilli Liderin zəngin irsinin daha dərindən mənimsənilməsinə şərait yaratmaq idi.

Tədbirdə UNEC-in müxtəlif fakültələrini təmsil edən tələbələr fəal iştirak edərək Heydər Əliyevin həyat yolu, siyasi fəaliyyəti və Azərbaycanın inkişafında oynadığı əvəzsiz rolu barədə geniş və dərin araşdırmalara əsaslanan çıxışlar ediblər.

Seminarın sonunda iştirak edən bütün tələbələrə sertifikatlar təqdim olunub.












Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net