Bakıda iki metro stansiyası arasında tunel tikiləcək
Tarix: 7-04-2025, 12:25 | Çap et


"Bu il "Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında təxminən 200 metrlik uzunluğa malik tunel tikiləcək".

Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədrinin müşaviri Emil Əhmədov bildirib.

O qeyd edib ki, bu ildən metroda həmin xətlərin ayrılması nəzərdə tutulur:

"Bu da hər bir xəttin müstəqil işləməsinə, idarəetmənin səmərəliliyinin və sərnişindaşıma keyfiyyətinin artırılmasına imkan yaradacaq. Həmçinin sərnişin axınının daha səmərəli tənzimlənməsi üçün "28 May" və "Cəfər Cabbarlı" stansiyaları arasında əlavə keçid də tikiləcək".

Metropoliten rəsmisi əlavə edib ki, "Nizami" və "Cəfər Cabbarlı" stansiyaları yaxınlığında iki yeni yarımstansiya inşa olunacaq, Qırmızı xəttin köhnəlmiş dartı yarımstansiyası isə yenilənəcək:

"Həmçinin "İçərişəhər" və "Xətai" stansiyalarında qatarların dönməsi də təmin olunacaq. Xətlərin ayrılması layihəsinin yekununda hərəkət qrafiki daha optimal qurulacaq, intervallar azaldılacaq və sərnişindaşıma səmərəliliyi artacaq. Nəticədə Qırmızı xətt üzrə intervallar 2 dəqiqəyə, Yaşıl xətt üzrə isə 2 dəqiqə 30 saniyəyə enəcək".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net