Narkoloji Mərkəzin direktoru cərimələndi, narazı qaldı
Tarix: Dünən, 18:18 | Çap et
Narkoloji Mərkəzin direktoru cərimələndi, narazı qaldı
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin direktoru Fəzail Əhməd oğlu Sadıqov barəsində cərimə protokolu tərtib edilib.

Vertikal.Az Qaynarinfo.az-a istinadla xəbər verir ki, mərkəz direktoru barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə protokol yazılıb.

192.4-cü maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Fəzail Sadıqov dövlət qurumunun qərarı ilə razılaşmayaraq məhkəməyə müraciət edib.

İşə Sabunçu Rayon Məhkəməsinin hakimi Günel Məmmədovanın sədrliyi ilə baxılacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net