"Qara qutu" Azərbaycan, Rusiya və Qazaxıstan mütəxəssislərinin iştirakı ilə açılacaq
Tarix: 31-12-2024, 10:56 | Çap et


Qazaxıstanda qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarənin "qara qutu"larının deşifrə edilməsində iştirak etmək üçün Rusiya, Qazaxıstan və Azərbaycandan olan mütəxəssislər Braziliyaya yollanacaqlar.

Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Braziliyanın Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, "qara qutu"nun oxunması hər üç ölkənin nümayəndəsinin nəzarəti altında həyata keçiriləcək.

"Qara qutu"lar Braziliyaya dekabrın 31-də yetişəcək. İşlər başa çatdıqdan sonra çıxarılan məlumatlar beynəlxalq qəza araşdırması protokollarına uyğun olaraq bu hadisənin araşdırılmasına cavabdeh olan Qazaxıstanın Hava Qəzalarının Təhqiqat Departamentinə veriləcək", - deyə Braziliya Hərbi Hava Qüvvələrinin məlumatında bildirilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net