Nərimanov ərazisində çalışan süpürgəçilərin maaşından 100 MANAT KƏSİLİR – VİDEO
Tarix: 4-11-2024, 14:30 | Çap et


Nərimanov Rayonu üzrə Mənzil Kommunal Təsərrüfat Birliyində çalışan işçilərin maaşlarının kəsildiyi bildirilir.

Bu barədə Nərimanov ərazisində süpürgəçi işləyən qadınların sosial şəbəkələrdə yaydıqları etiraz videosunda deyilib.

Onlar Prezident İlham Əliyevə müraciət edərək bildiriblər ki, Nərimanov Rayonu üzrə Mənzil Kommunal Təsərrüfat Birliyi maaşlarından aylardır, 100 manat kəsir, hələ yanvar ayınadək də maaşlarının kəsiləcəyi deyilib.

Sosial şəbəklərdə digər fəhlələrin yaydıqları məlumatlara görə, son üç il ərzində ilin son aylarında maaşlardan, məzuniyyət məbləğlərindən kəsintilər olub. Haqlarını tələb edən işçilər “qarışıqlıq salma” bəhanəsi ilə xüsusi bəndlərlə işdən çıxarılıblar. Onların gün ərzində 16-17 saat işləməyə məcbur edildiyi hallar da olub. İşçilərin tələbi işə geri qaytarılmaları, maaşlarının kəsilməməsi, normal iş mühitinin təmin edilməsidir.

Pravda.az






Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net