17 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramov 18 oktyabr tarixində İstanbul şəhərində keçiriləcək “3+3” formatında görüşdə iştirakı və çıxışı nəzərdə tutulub.
Səfər çərçivəsində həmçinin ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.