Sentyabrın 16-dan Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək
Tarix: 14-09-2024, 20:22 | Çap et


“Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sentyabrın 16-dan Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə AYNA-dan bildirilib.

Məlumata görə, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.
Reyslər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həyata keçiriləcək. Bakı-Şuşa istiqamətində biletin qiyməti 14.80 manat, Bakı-Xankəndi istiqamətində 14.20 manat, Bakı-Xocalı istiqamətində isə 13.90 manat təşkil edir.
Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.

Qeyd edilib ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net