Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının medal sıralamasında 22-ci pilləyə yüksəlib.
Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bu göstərici paraatlet Lamiyə Vəliyevanın (T13 kateqoriyası) 100 metr məsafəyə qaçışda qızıl mükafat qazanması sayəsində mümkün olub.
Hazırda Azərbaycan milli komandasının hesabında üç qızıl, bir gümüş və bir bürünc medal var.
İmaməddin Xəlilov və Səid Nəcəfzadə T12 kateqoriyası üzrə uzunluğa tullanmada qızıl, Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş, Sabir Zeynalov parataekvondo üzrə, bürünc mükafat sahib çıxıb.
Siyahıya Çin (53 qızıl, 40 gümüş, 22 bürünc) başçılıq edir. Böyük Britaniya (30 qızıl, 18 gümüş, 13 bürünc) ikinci, ABŞ (20 qızıl, 22 gümüş, 11 bürünc) üçüncüdür.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.