Türkiyə səmasını qoruyacaq "Polad Günbəz" ilk dəfə "Haber Global"da nümayiş etdirildi
Tarix: 9-08-2024, 11:58 | Çap et


Türkiyədə hazırlanan və süni intellekt vasitəsilə idarə edilən "Polad Günbəz" hava hücumundan müdafiə (HHM) sisteminin təqdimatı olub.

Oxu.Az xəbər verir ki, "Haber Global"ın əməkdaşı elektron müdafiəetmə sistemləri yaradan "Aselsan" müəssisəsində olub və "Polad Günbəz"in işləmə mexanizmi ilə yerində tanış olub.

Məlumat üçün əlavə edək ki, "Aselsan" tərəfindən hazırlanan "Polad Günbəz" artıq tam şəkildə fəaliyyətə başladıqdan sonra istənilən yüksəklikdən Türkiyə hava məkanına daxil olan və ya daxil ola biləcək bütün təhlükələri bu sistem təsbit edib aradan qaldıra biləcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net