"Bayer" 31 ildən sonra yenidən Almaniya Kubokunun qalibi oldu
Tarix: 26-05-2024, 00:19 | Çap et


Leverkuzen şəhərinin "Bayer" komandası 31 ildən sonra yenidən Almaniya Kubokunun qalibi olub.

Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bu mövsüm çıxdığı 53 görüşün yalnız birində məğlub olan "Bayer Leverkuzen" Almaniya Kubokunun finalında "Kayzerslautern" klubunu 1:0 hesabı ilə məğlub edib.

Beləliklə "Bayer Leverkuzen" cari mövsümdə ikinci kubokunu qazanıb.

Qeyd edək ki, leverkuzenlilər 119 il sonra ilk dəfə Almaniya Bundesliqasının da qalibi olublar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net