Qarabağ Universitetinin rektoru nazirliyin heyətinə təqdim olundu
Tarix: 23-05-2024, 10:50 | Çap et
Qarabağ Universitetinin rektoru nazirliyin heyətinə təqdim olundu

Mayın 22-də Qarabağ Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Şahin Bayramov Elm və Təhsil Nazirliyinin heyətinə təqdim olunub.

Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, təqdimat mərasimində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısının ali təhsil müəssisəsi ilə bağlı qarşıya qoyduğu tapşırıqlar barədə məlumat verib. Nazir Şahin Bayramova bu məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb.

Şahin Bayramov da öz növbəsində göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkür edib və yeni dövrün tələblərinə cavab verən universitet qurmaq üçün səylə çalışacağını bildirib.

Qeyd edək ki, 21 mayda Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Vaqif oğlu Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net