Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
Tarix: 19-05-2024, 23:14 | Çap et


Avropa İttifaq (Aİ) İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə Aİ-nin böhranların idarə olunması üzrə komissarı Janez Lenarcic X hesabında bildirib.

"İranın yardım tələbi ilə İran Prezidenti və xarici işlər nazirinin olduğu bildirilən helikopter qəzası ilə əlaqədar Aİ-nin "CopernicusEMS" - "Copernicus" peyk görüntü xidmətini aktivləşdiririk", - deyə o paylaşımında qeyd edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net