AFAD: Türkiyə axtarış-xilasetmə qrupu İranda helikopterin qəzaya uğradığı yerə göndərilib
İran Prezidenti İbrahim Rəisi və digər rəsmi şəxslərin olduğu helikopterin qəzaya uğramasından sonra İran tərəfi Türkiyədən gecəgörmə axtarış-xilasetmə helikopteri istəyib.
Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, artıq 32 alpinist axtarış-xilasetmə qurupu və 6 maşın yola salınıb.